Somondan daha faydalı balıq: Yayın sağlam seçimi sardina

  • 2026.08.01 11:04
  • 119 Baxış
Somondan daha faydalı balıq: Yayın sağlam seçimi sardina

Çox vaxt qızılbalığın kölgəsində qalan sardina qidalandırıcı xüsusiyyətləri ilə seçilir.

Medicina.az xəbər verir ki, omeqa-3 yağ turşuları, zülal, kalsium, D və B12 vitaminləri ilə zəngin olan bu balıq ürək, beyin və sümük sağlamlığını dəstəkləyir.

Yay mövsümündə sardinadan hazırlanan paştet həm praktik, həm də yüngül qəlyanaltı kimi tövsiyə olunur. Bir banka sardina və krem pendiri ilə qısa müddətdə dadlı aperitif hazırlamaq mümkündür. Kiçik balıq növü olduğu üçün sardina iri yırtıcı balıqlarla müqayisədə daha az ağır metal toplaması ilə də üstünlük qazanır.

Xanım,
Medicina.az