Son istifadə tarixi keçən ədviyyatlardakı TƏHLÜKƏ

  • 2024.02.28 20:25
  • 557 Baxış
Son istifadə tarixi keçən ədviyyatlardakı  TƏHLÜKƏ
Son istifadə tarixi keçən ədviyyatlar sağlamlıq üçün olduqca təhlükəlidir.

Medicina.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər ədviyyat alarkən bağlamaların üzərindəki yararlılıq müddətinə diqqət yetirməyin kifayət etmədiyini bildirirlər.

Çünki bir çox insan mətbəxindəki ədviyyatı nə vaxt aldığını və ya onu nə qədər vaxtdır istifadə etdiyini unudur.

Ədviyyatlar zaman keçdikcə təravətini itirir və yeməyə daha az ləzzət verir. Ancaq problem sadəcə bununla bitmir. Düzgün mühafizə edilməyən və son istifadə tarixi keçən ədviyyatlar sağlamlıq problemlərinə gətirib çıxarır. Belə ki, bu cür ədviyyatdan az miqdarda istifadə etmək belə bədəni zəhərləyir və gələcəkdə qaraciyər xərçəngi olmaq riskini artırır.

Bu cür halların qarşısını almaq üçün evdə ədviyyat qablarının üzərinə son istifadə tarixini yazmaq olar.

Ədviyyatın istifadə müddətinin bitib-bitmədiyini anlamağın başqa bir yolu da qoxusuna və dadına baxmaqdır. Normaldan fərqli qoxusu varsa və ağzınızda qəribə dad yaradırsa, ədviyyatınız xarab olmuş ola bilər.

Bəs vaxtı keçmiş ədviyyatları necə dəyərləndirmək olar?

Onları atmaq əvəzinə, digər ədviyyatlarla qarışdıraraq aromatik ev qoxuları əldə edə bilərsiniz.

Evdə həşərat probleminiz varsa, istifadə müddəti bitmiş ədviyyatları torbalara qoyub zərərvericilərin olduğu yerlərdə saxlayın. Bu, onları uzaqlaşdıracaq.

Rozmarin, dəfnə yarpağı və kəklikotu kimi ədviyyatlar evdəki çiçəkləri lazımlı vitamin və minerallarla təmin edə bilər. İstifadə müddəti bitmiş ədviyyatlarınızı bitkilərinizin köklərinə tökərək onları qidalandıra bilərsiniz.


Gül