"Soyuq su içmək boğazı xəstələndirir” fikri yanlışdır və soyuq su təkbaşına boğaz infeksiyasına səbəb olmur.
Medicina.az xəbər verir ki, bunu uzman pediatr Züleyxa Ziyadova bildirib.
Onun sözlərinə görə, boğaz ağrısı, angina və digər boğaz infeksiyalarının əsas səbəbi viruslar və bakteriyalardır:
"Bununla belə, bəzi uşaqlarda soyuq içkilər boğazda müvəqqəti qıcıqlanma yarada və ya mövcud ağrının daha çox hiss olunmasına səbəb ola bilər. Bu isə infeksiyanın yaranması demək deyil. Əgər boğaz ağrısı yüksək hərarət, udma çətinliyi və ya uzun sürən şikayətlərlə müşayiət olunursa, pediatra müraciət etmək lazımdır".
Aygün
Medicina.az