Soyuqdəyməni araqla müalicə etmək olmaz

  • 2023.09.13 20:04
  • 1594 Baxış
Soyuqdəyməni araqla müalicə etmək olmaz
Soyuqdəymə və qripi evdə özbaşına araq, sirkə və antibiotiklə müalicənin fəsadları barədə xəbərdarlıq edilib.

“Medicina” xəbər verir ki, terapevt Yuliya Valeyeva xalq arasında qripi müalicə zamanı geniş yayılmış türkəçarələr bitki çayları, araq içmək, buruna soğan, spirt tökmək, sirkə çəkmək, antibiotik qəbul etməkdir. Lakin bunların 90%-i müalicə etmir.


“Çox vaxt xəstələr arağa istiot töküb başa çəkməklə bədəni, qanı isidib, mikrobları öldürdüyünü düşünür.

Əksinə bununla orqanizmə əlavə stress verib, selikli qişaları yandırır, daha çox iltihab yaradırlar.

Ağciyərlərdə boğucu öskürək, bəlğəm gələndə isə nəfəs yollarına müxtəlif müdaxilələr edib, antibiotik və bəlğəmgətiricilər içib, vəziyyəti daha da pisləşdirirlər.

Soyuqdəymə və qripdə antibiotik qəbulu rol oynamır, çünki bu dərmanlar virusu yox, bakteriyaları məhv edir. Xəstələnən kimi ailə həkiminə müraciət edib, yataq rejimində olub, bol maye için”.

Aygün Musayeva