Spermanın görünüşü insandan insana dəyişə bilər və hər dəyişiklik xəstəlik əlaməti olmur.
Ağ və ya boz-ağ rəng – Ən çox rast gəlinən və normal sayılan rəngdir.
Sarımtıl rəng – Uzun müddət boşalma olmadıqda, bəzi vitaminlər və ya qidalar səbəbindən ola bilər. Bəzən infeksiya ilə də əlaqəli ola bilər.
Çəhrayı və ya qırmızı rəng – Spermanın içində qan (hematospermiya) ola bilər. Bu, bəzən keçici olsa da, xüsusilə təkrarlanırsa uroloqa müraciət etmək lazımdır.
Yaşıl rəng – Cinsi yolla keçən infeksiya və ya digər infeksiyaların əlaməti ola bilər və müayinə tələb edir.
Konsistensiya:
Sperma adətən əvvəlcə qalın və yapışqan olur, sonra 15–30 dəqiqə ərzində durulaşır.
Çox sulu və ya davamlı olaraq çox qalın sperma hər zaman problem deməsə də, sonsuzluq, infeksiya və ya digər səbəblərlə əlaqəli ola bilər.
Nə vaxt həkimə müraciət etmək lazımdır?
Sperma dəfələrlə qırmızı, qəhvəyi və ya yaşıl rəngdə olarsa.
Ağrı, qızdırma, sidik ifrazında yanma və ya pis qoxu olarsa.
Görünüşdəki dəyişikliklər uzun müddət davam edərsə və ya sonsuzluqla bağlı narahatlıq olarsa.
Belə hallarda uroloqun müayinəsi və lazım gəldikdə sperma analizi tövsiyə olunur.
Aygün
Medicina.az