Stress zamanı hansı qidalar bədənə lazımdır?

  • 2023.12.11 17:40
  • 1268 Baxış
Stress zamanı hansı qidalar bədənə  lazımdır?

Stress zamanı qanda zərərli hormonlar artır, təzyiq və ürək ritmi yüksəlir.

“Medicina” xəbər verir ki, Birmingemsk universitetinin alimləri güclü stress zamanı rasionu dəyişməyin faydasını araşdırıb.

Məlumdur ki, xroniki və güclü stress zamanı hətta sağlam adamın da müvəqqəti olaraq ürək-damar sistemi funksiyası pozulur.

Nəticədə həm də yaş artdıqca infarkt, insult riski artır.

Sübut olunub ki, bioloji aktiv flavanollar

Damarların daxili divarını bərpa edir. Bunlar əlvan rəngli meyvə-tərəvəzlərdə var.

Flavanollar kakao, şokolad, yaşıl çay, üzüm, qırmızı şərab, böyürtkən, moruq və albalıda var.

Alimlər eksperimentdə kakaonun stresdən sonra təsirini araşdırıb.

Onlar 30 sağlam kişiyə stresdən sonra yüksək flavanol tərkibli kakao, yaxud da kakao dadında başqa içki içməyi tövsiyə ediblər.

40 dəqiqə sonra müşahidə göstərib ki, kakao içən kişilərdə stress və gərgin tapşırıqdan sonra qan damarları cüzi zərər görüb.

Alimlər tövsiyə edir ki, əgər güclü stress keçirmisizsə, tünd, qatı isti kakao və ya yaşıl çay için. Eləcə də 30 qram tünd şokolad yeyin.

Aygün