Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Stressi aradan qaldıran müalicəvi bitki - Berqamot çayının faydaları

  • 2017.10.05 15:39
  • 22600 Baxış
Stressi aradan qaldıran müalicəvi bitki -  Berqamot çayının faydaları
Çay Azərbaycanda ən çox sevilən içkilərdən biridir. Əksər insan isə qara çay aludəçisidir. Qara, xüsusilə də berqamont  çayının bilinməyən faydaları çoxdur.


Medicina.az xəbər verir ki, berqamont çayı yorğun insanı sakitləşdirir, stressi aradan qaldırır. Aparılan araşdırmalar zamanı bu bitkinin sahib olduğu aromaterapi xüsusiyyətinin insanın ruh halının dəyişdirdiyi və antidepressif faydası sübut olunub.


Ən əsas faydalarından biri də köklüyü arıqlatmasıdır. Orqanizmdə maddələr mübadiləsinin düzgün fəaliyyətinə kömək edir.


Adətən qara çayın dişlərin rəngini dəyişdirdiyi deyilir.  Ancaq berqamont çayının tərkibindəki florür maddəsi dişləri gücləndirir, zərər vermədən asit istehsal edəcək bakteriyaların qarşısını alır.


Tərkibində çox az şəkildə kafein var. Bu isə insana enerji verərək yorğunluğu alır. Ancaq bu qəhvə kimi deyil. Tərkibindəki kafein yuxunuzu qaçırtmaz. Ancaq hər içki və qida kimi bergamont çayını da həddindən çox içmək məsləhət görülmür. Həddindən artıq qəbulu əsəbilik yarada bilər.

 

Şəhanə Quliyeva