Su ilə müalicə nədir?

  • 30 Noy 2021 15:15
  • 511 Baxış
Su ilə müalicə nədir?

Su dietoterapiyası xəstəyə şüuraltı yemək yeməməyi öyrədən, eyni zamanda orqanlara istirahət verərək, göbələk, bakteriya, parazit və ağır metalların xaric edilməsi ilə orqanizmi təmizləyən müalicə üsuludur.

Medicina.az xəbər verir ki, mütəxəssislər xroniki xəstəliklərin şikayətlərinin su içməklə azaldıla biləcəyini söyləyirlər.

Su pəhrizi hər xəstənin çəkisi nəzərə alınaraq, şikayətlərinə uyğun olaraq müalicənin təşkil edildiyi bir üsuldur. Müalicə ən az 30 gün ilə 6 ay arasında tətbiq edilir. Su pəhrizinin tətbiqi ilə orqanizm və beyn aclığa alışır, psixoloji aclıq aradan qalxır və bədən təmizlənir.

Pəhriz bitəndə insan ancaq tələb olunduğu qədər yeyir. Belə davam etməklə ayda orta hesabla 15 kq arıqlamaq mümkün olur.

Su pəhrizi ilə çəki, miqren, xoruldama, nəfəs darlığı, qastrit, oynaq ağrısı, ekzema, diabet və xroniki xəstəliklərə bağlı simptomların yaxşılaşmasında 90 % nəticə əldə olunur.

Su pəhrizi müalicəsi mütləq həkim nəzarəti altında aparılmalıdır. Bu tətbiqin məqsədi bədəni lazımsız qidalanmadan qorumaqdır. /aztibb.az/