Süd vəzi xərçənginin müalicəsində effektiv molekullar tapıldı

  • 2026.02.10 09:34
  • 238 Baxış
Süd vəzi xərçənginin müalicəsində     effektiv molekullar tapıldı




Üçqat mənfi döş xərçəngi (TNBC) xəstəliyin ən ağır formalarından biri hesab olunur. Sürətlə irəliləyir və müalicəsi çətindir. Uğurlu terapiya olsa belə, xəstəlik geri qayıdır və dərmana daha davamlı olur.

Medicina.az xəbər verir ki, Amerikalı alim ifraz olunan Frizzled ilə əlaqəli protein 2 (SFRP2) zülalını öyrənib. Bu, şişin böyüməsini stimullaşdırır və xərçənglə mübarizə aparan immun hüceyrələrini zəiflədir.


Cərrahi Onkoloq, MD, PhD, tədqiqatçı Nancy Klauber-DeMore deyib:

“Mənim laboratoriyam ilk dəfə SFRP2-nin döş xərçənginin inkişafındakı rolunu 2008-ci ildə müəyyən edib. O vaxtdan bəri, onun döş xərçəngində böyüməyə, metastaza və immun sisteminin tükənməsinə necə təsir etdiyini aşkar etdik və SFRP2-ni bloklamaq üçün bir antikor hazırladıq”.
Tədqiqatçılar SFRP2-ni yalnız xərçəng hüceyrələrində deyil, həm də qonşu immun hüceyrələrində (makrofaqlar) aşkar etdilər.

Makrofaqlar iki kateqoriyaya bölünür: M1 və M2. Birincisi xəstəliklə mübarizə aparmaq üçün immun sistemini aktivləşdirir. İkincisi immun fəaliyyətini azaldır və şişin böyüməsini təşviq edir. TNBC-də makrofaqlar ikinci vəziyyətə keçir.

Eksperimental antikor erkən testlərdə yaxşı nəticələr göstərdi. Şişin böyüməsi yavaşladı və metastazların sayı azaldı.

Antikorlara məruz qaldıqda, çox sayda siqnal molekulu istehsal olunur və makrofaqları M1 vəziyyətinə qaytarır. Xəstə siçanlar üzərində aparılan təcrübələr antikorlara məruz qaldıqdan sonra bədəndə makrofaqların artdığını göstərdi.

Alimlər həmçinin antikorların kimyaterapiyadan sonra xərçəng hüceyrələrinin yaşamaq və inkişaf etmək qabiliyyətini sınaqdan keçiriblər. Xərçəng hüceyrələrinin asanlıqla uyğunlaşdığı doksorubisin dərmanı üçqat döş xərçənginin müalicəsində istifadə olunur.

Dərmana davamlı xərçəng hüceyrələri üzərində aparılan təcrübələr göstərdi ki, antikor çox sayda xərçəng hüceyrəsinin ölümünə səbəb olur.

İlkin nəticələr ümidvericidir. Antikor lisenziyalaşdırılıb və insanlar üzərində sınanacaq.

Aygün Musayeva
medicina.az