Super tif xəstəliyi yayıla bilər - Riskli ölkələr

  • 2023.11.17 14:58
  • 1472 Baxış
Super tif xəstəliyi yayıla bilər  -  Riskli ölkələr

Alimlər Salmonella Thphi xəstəliyinin artıq dərmana dayanıqlı növləri yaranır. Buna tibdə “supertif” deyilir.

“Medicina” xəbər verir ki, amerikan alimlər hansı ölkələrin ilk növbədə supertiflə üzləşəcəyini açıqlayıb.

ÜST məlumatına görə, 2019-cu ildə 9 milyon insan bu xəstəliyə yoluxub.

Xəstəlik 110 min insanın həyatına son qoyub.

Dərmana dayanıqlı ştamm 2016-cı ildə Pakistanda meydana gəlib. O vaxtdan patogen yayılmağa başlayıb.

Tif xəstəliyi su, tualet, qida ilə yayılır. Təmiz su, gigiyena və sanitariya təmizliyi olan ölkələrdə nadir halda yayılır.

Riskli ölkələr onluğuna Əfqanıstan, Hindistan, İndoneziya, Tailand, Banqladeş, Malayziya daxildir.
Bu ölkələrə Pakistandan çox sayda gəliş-gediş var.

Ölkələr Pakistandan aviauçuşlardakı sərnişinlərin vəziyyətinə diqqətli olmalıdır.

Aygün M