Dehlidə İASP, SARPS və İSSP -nin birgə təşkil etdiyi konfrans baş tutub.
Azərbaycandan ilk Ağrı Mərkəzinin qurucusu, alqoloq həkim Zülfüqar Yusifov də burada iştirak edib.
“Medicina” xəbər verir ki, Pain CAMP zamanı gənc mütəxəssislərə ağrılarla bağlı qiymətli biliklər verilib, üç ayrı workshoplarda isə US ,Fluoro və CT altında müxtəlif invaziv ağrı prosedurları tədris olunub.
Z. Yusifovun sözlərinə görə, 2 gün davam edən konfrans yeniliklərlə faydalı oldu.
“Bu tədbirdə beynəlxalq səviyyəli trener və spiker olaraq iştirak etmək təcrübələrimizi müxtəlif ölkələrdən olan ağrı mütəxəssisləri ilə daha yaxından mübadilə etmə imkanı yaratdı.
Fsculty olaraq “Paravertebral,interkostal,ESP” mövzusunda ustad dərsləri verdim. Tədbirə və dəvətə görə, təşkilatçılara, xüsusən professor Dureyja,Dr.Druv Bibra, prof. Suşma və xanım Mega Kullara təşəkkür edirəm”.
Aygün Musayeva
medicina.az