TƏBİB-dən həyəcan təbili: “Normal həyata qayıda bilmirik”

  • 2020.06.03 19:25
  • 1509 Baxış
TƏBİB-dən həyəcan təbili:   “Normal həyata qayıda bilmirik”
“Təəssüflər olsun ki, pandemiyadan ikinci mərhələyə keçdikcə, virusdan əvvəl yaşadığımız normal həyata dönə bilmirik. Çünki bu virusun vaksini yoxdur”.

Medicina.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr bildirib ki, karantin rejimindən mərhələli çıxmalıyıq:

“Bunun üçün qaydalar hazırlanıb, müəssisələrə təqdim olunub. Vətəndaşlar qaydalara riayət etmirlər. Nəticədə bu gün yoluxmada ciddi artan say qarşısındayıq”.