Temperatur kəskin enəcək, qar yağacaq

  • 2021.11.08 17:44
  • 1785 Baxış
Temperatur kəskin enəcək, qar yağacaq


Ölkə ərazisində hava şəraiti pisləşəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u günün ikinci yarısından 12-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.


Noyabrın 10-u axşamdan 11-i gündüzədək bəzi yerlərdə yağış yağacaq. Şimal-qərb küləyi 18-23 m/s, arabir 27-32 m/s, noyabrın 10-da axşam, 11-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə noyabrın 11-də 5-10° aşağı enəcəyi, 9° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u axşam şimal və qərb rayonlarından başlayaraq 12-si səhərədək arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək güclənəcək. Hvanın temperaturu 11-də ötən günlərlə müqayisədə 5-10° enəcək.