Tez-tez ah çəkirsiniz? Alimlər bunun səbəbini açıqladı

  • 2026.08.01 15:36
  • 123 Baxış
Tez-tez ah çəkirsiniz? Alimlər bunun səbəbini açıqladı

Gün ərzində qeyri-iradi şəkildə ah çəkmək təkcə yorğunluq və ya narahatlıq əlaməti deyil.

Medicina.az xəbər verir ki, bu refleks nəfəsalma sistemini tənzimləyərək beyni daha ayıq saxlamağa kömək edə bilər.

Araşdırmaya görə, dərin nəfəs alma ağciyərlərdə hava mübadiləsini yaxşılaşdırır və nəfəs ritmini yenidən tarazlayır. Mütəxəssislər bildirirlər ki, bu, xüsusilə uzun müddət eyni işlə məşğul olarkən diqqətin qorunmasına kömək edir.

Bununla yanaşı, həkimlər xəbərdarlıq edirlər ki, ah çəkmə sinə ağrısı, nəfəs darlığı, ürəkdöyünmə və ya güclü narahatlıq kimi əlamətlərlə müşayiət olunarsa, mütləq həkimə müraciət edilməlidir.

Xanım,
Medicina.az