Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tibb dünyasını sarsıdan diaqnoz: 19 yaşında Alzheimer

  • 2025.06.24 09:20
  • 187 Baxış
Tibb dünyasını sarsıdan diaqnoz:  19 yaşında Alzheimer

Çində yaddaş klinikasında çalışan nevroloqlar 2023-cü ildə 19 yaşlı bir gəncə Alzheimer diaqnozu qoyublar. Bu diaqnoz Alzheimer diaqnozu qoyulan ən gənc xəstə olaraq qeyd edilib.

Medicina.az xəbər verir ki, xəstə ilk dəfə 17 yaşında sinifdə diqqətini cəmləməkdə çətinlik çəkməyə başlayıb.

Qısa müddətdə oxumaqda çətinlik, qısa müddətli yaddaş itkisi və tez-tez əşyaların itirilməsi kimi əlamətlər müşahidə olunub.



Zaman keçdikcə bu şikayətlər artıb, hətta bir gün əvvəl baş verənləri xatırlamaqda çətinlik çəkməyə başlayıb.

Beyin skanları yaddaşla əlaqəli olan hipokampus hissəsində daralma aşkar edib. Serebrospinal maye analizində də Alzheimer-ə xas biomarkerlər görülüb.

Alzheimer xəstəliyi adətən yaşlı insanlarda görülsə də, 65 yaşdan aşağı olanlar "erkən başlayan Alzheimer" olaraq təyin olunur və bütün halların təxminən yüzdə 10-unu təşkil edir.

30 yaşdan kiçik xəstələrdə xəstəlik adətən irsi genetik mutasiya ilə əlaqələndirilir və “ailəvi Alzheimer xəstəliyi (FAD)” adlanır.



Bununla belə, bu gənc xəstədə aparılan geniş genetik skrininqlərə baxmayaraq, xəstəliklə əlaqəli heç bir məlum gen mutasiyaları aşkar edilməmişdir. Ailədə Alzheimer və ya demans yox idi.

Tədqiqat 2023-cü ilin fevralında Alzheimer xəstəliyi jurnalında dərc edilib.

Aygün
Medicina.az