Tibbi maskaya görə cəriməyə görə parlamentdə mübahisə düşdü - 50 manat yüksək cərimədir

  • 2020.06.01 13:24
  • 1414 Baxış
Tibbi maskaya görə cəriməyə görə parlamentdə mübahisə düşdü  - 50 manat yüksək cərimədir

“Tibbi maska taxılmamasına görə fiziki şəxslər üçün nəzərdə tutulan 50 manat cərimə çoxdur”.

Medicina.az xəbər verir ki, bu fikri bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, fiziki şəxslər üçün cərimə 20-25 manat civarında müyyənləşdirilməlidir.

“Qanunları pozanların çoxu pulu olmayanlardır. Buna görə də təklif edirəm ki, nəzərdə tutulan cərimə məbləği 20-25 manata qədər azaldılsın”, - deyə M.Quliyev əlavə edib.

Deputat Naqif Həmzəyev də eyni təkliflə çıxış edib.

Deputat Siyavuş Norvuzov isə bu fikirlərə etirazını bildirib:

“Bəziləri deyirlər ki, kiminsə imkanı yoxdur, nə bilim nə! Bununla əhalidən xal qazanmaq istəyirlər? Əksinə, bununla əhalinin evini yıxırlar. Cərimə məbləğləri müəyyən olunur, daha bunu niyə uzatmalıyıq?!”

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, tibbi maska taxmamağa görə cərimələr müəyyənləşir.


Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul olunub.