Tibdə ilk dəfə “superqonoreya"nın yeni ştamm Aşkarlandı

  • 05 İyl 2022 15:56
  • 549 Baxış
Tibdə ilk dəfə “superqonoreya"nın yeni ştamm   Aşkarlandı


Avstriya vətəndaşında superqonoreya aşkarlanıb.

Bu ştam 90% antibiotiklərə davamlıdır, müalicəyə tabe olmur.


Bakupost.az xəbər verir ki, əgər yeni variant cinsi yolla yayılarsa, bundan sonra qonoreya müalicə olunmayan xəstəliyə çevriləcək.

Bu barədə Avropanın bir neçə elmi, tibbi mərkəzləri xəbərdarlıq edib.


Avstriyada uroloji xəstəxanaya müraciət edən 50 yaşlı kişi xəstə ağrılı sidik ifrazı və uretradan axıntı şikayəti ilə gəlmişdi.

Pasiyentin sözlərinə görə, o Kombociyada səfərdə ikən yerli qadınlardan biri ilə qorunmadan cinsi əlaqədə olub.

Kişidə Neisseriya qonoreyası aşkarlanıb, bu ştamm əvvəllər məlum deyildi.

Superqonoreya antibiotiklərə super rezisdentlik nümayiş etdirib: seftriakson, sefiksim və tetrasiklin, azitromisin infeksiyaya təsir etməyib.



Aygün Musayeva
BakuPost