Tıxaclarda qalmaq beyin hüceyrələrini öldürür- Azərbaycanlı həkim

  • 2023.10.14 15:38
  • 1124 Baxış
Tıxaclarda qalmaq beyin hüceyrələrini öldürür - Azərbaycanlı həkim

Meqapolislərdə uzun tıxaclarda qalmaq insanın əsəbləri, ağciyərləri ilə yanaşı beyin üçün də zərərlidir.

"Medicina" xəbər verir ki, azərbaycanlı həkim Rüfət Cabbarlı siqnal və avtomobil səslərinin damar və beyinə mənfi təsirindən danışıb.

"İnsan fərqinə varmadan bu səslərin təsirindən stress altında olur. Strress də damarlarda spazm və təzyiq yaradır. Günü tıxaclarda keçən insanların ürək-damar, mədə-bağırsaq xəstəlikləri riski artır.

Hələ bu hamısı deyil. Yeni elmi araşdırmalar tıxacda uzun müddət vaxt keçirməyin yaddaşa zərər vurması və onu zəiflətməsini sübut edib.


Alzheymerin başlanğıc əlamətləri olaraq bilinən stress artımı, yuxu pozuntuları, immun sistemindəki dəyişikliklər və iltihablanma tıxaca uzun müddət məruz qalan insanlarda aşkarlanmışdır. Tıxacın sağlamlığa zərərləri Avropada artıq hava kirlənməsindən sonra 2-ci risk faktoru kimi qəbul edili".

Aygün Musayeva