Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Toy və yas məclislərinə uzun müddət icazə verilməyəcək- Tanınmış uroloq cərrah

  • 2020.05.30 16:57
  • 3368 Baxış
Toy və yas məclislərinə uzun müddət icazə verilməyəcək - Tanınmış uroloq cərrah



“Yay aylarında qrip infeksiyalarının intensivliyi həqiqətən də aşağı düşür. Amma bu, o demək deyil ki, virus tamamilə ortadan qalxacaq”.

Medicina.az xəbər verir ki, bu sözləri uzman həkim, uroloq cərrah Vasif İsmayıl havaların istiləşməsi ilə koronavirusa yoluxma hallarının aradan qalxa biləcəyi ehtimalına aydınlıq gətirərkən deyib.


“Əminliklə bildirirəm ki, virus haradasa bir il belə davam edəcək. Ona görə də insanlar mütləq şəkildə sosial məsafəni qorumalı və gigiyenik qaydalara əməl etməlidirlər.

İnsanlar həmçinin düzgün qidalanmalı, mütləq şəkildə meyvə-tərəvəz balansına fikir verməlidirlər. Çoxlu su içmək isə həmişə məsləhətlidir”.

İnsanların kütləvilikdən kənar olmalarını tövsiyə edən həkim toy və yas mərasimləri ilə bağlı fikirlərini də açıqlayıb:

“Toy və yas mərasimlərinə uzun müddət icazə verilməyəcək. İnsanlar bunu bilsinlər. Ola bilsin ki, müəyyən qaydalar və məhdudiyyətlərlə bu, baş tutsun. Amma mən inanmıram ki, bir müddətə qədər buna icazə verilsin. Çünki belə məclislər ən kütləvi yoluxma şəkillərindən biridir”.