Türkiyədə bir sutkada koronavirusdan 188 nəfər vəfat etdi

  • 2020.12.01 01:03
  • 1100 Baxış
Türkiyədə bir sutkada koronavirusdan 188 nəfər vəfat etdi
Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 188 nəfər vəfat edib. Bu, Türkiyədə COVID-19-dan ölənlər üzrə ən yüksək rəqəmdir.

Medicina.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.


Nazir qeyd edib ki, son 24 saatda 176 656 nəfər koronavirus testindən keçib, 6514 xəstənin COVID-19 testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyən xəstələrlə birlikdə 31 219 nəfər COVID şübhəlisi olaraq qeydiyyata alınıb.