Türkiyədə koronavirusa yoluxanların sayı 171 mini ötdü

  • 2020.06.08 22:10
  • 4362 Baxış
Türkiyədə koronavirusa yoluxanların sayı 171 mini ötdü
Türkiyədə son sutka ərzində 19 nəfər koronavirusdan dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 989 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 4711, yoluxanlar isə 171 121 nəfərə çatıb.

Türkiyədə indiyədək 141 380 xəstə sağalaraq evə buraxılıb.