İranda koronavirusdan ölənlərin sayı 20 minə çatır

  • 2020.08.15 09:02
  • 2385 Baxış
İranda koronavirusdan ölənlərin sayı 20 minə çatır

İranda daha 169 nəfər pandemiyanın qurbanı olub.

Medicina.az xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, son 24 saatda 2 501 yeni yoluxma faktı qeydə alınıb.

Beləliklə, İranda qeydə alınmış yoluxma hallarının sayı 338 825-ə yüksəlib. Ümumilikdə, 19 331 nəfər isə koronavirusun qurbanı olub.