Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • 2020.09.12 21:55
  • 6783 Baxış
Türkiyədə koronavirusla bağlı   son vəziyyət
Türkiyədə son sutka ərzində 48 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1509 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 6999, virusa yoluxanlar isə 289 635 nəfərə çatıb.

Türkiyədə indiyədək 257 731 pasiyent (son sutkada 1207 nəfər) sağalaraq evə buraxılıb.