Ultra emal olunmuş qidalar beyin xərçəngi yaradır - SİYAHI

  • 2023.02.08 20:46
  • 2310 Baxış
Ultra emal olunmuş qidalar beyin xərçəngi yaradır  - SİYAHI

Ultra emal olunmuş qidalar dedikdə, istehsal zamanı çox intensiv emala məruz qalmış qidalar nəzərdə tutulur.

Bakupost.az xəbər verir ki, London kollecinin alimləri tədqiqatlarında bu qidaların həddən artıq qəbulunun yumurtalıq, bağırsaq və beyin xərçəngi riskini dəfələrlə artırdığını sübut edib.

Yeni elmi işdə 200 min müxtəlif yaşda insanın qidalanma və sağlamlıq göstəriciləri 10 il ərzində təhlil edilib.

Onlar qidalanma ilə 32 növ xərçəngin əlaqəsini tapmağa çalışıb.

Nəticələr göstərib ki, ultraemal olunmuş qidalar daha çox beyin və yumurtalıq xərçəngi ilə əlaqədardır.
Gün, həftə ərzində artırılan hər 10% emal olunmuş qida qəbulu xərçəng riskini 19% artırırdı.

Hər 10% artıq yeyilən bu qidala risə xərçəngdən ölüm riskini 6% yüksəldib.

20% artım isə süd vəzi və yumurtalıq xərçəngindən ölümü 12% artırır.

Ultra emal olunmuş qidalar bunlardır: qazlı içkilər, market çörəyi, hazır qidalar, quru səhər yeməkləri, müxtəlif içkilər, emal edilmiş ət məhsulları və s.

Aygün Musayeva