Ürək-damar xəstəliklərinin alternativ təbabətlə müalicəsi – Professor Ağabəy Azərbaycanidən effektiv metodlar

  • 13 İyn 2020 16:24
  • 28512 Baxış
Ürək-damar xəstəliklərinin alternativ təbabətlə müalicəsi  –  Professor Ağabəy Azərbaycanidən effektiv metodlar



Ürək-damar xəstəliklərinin əsası uşaqlıqdan qoyulur və sonradan dərinləşir. Bu, bütün bəşəriyyətin problemidir, dünyada ölən hər 3 insandan biri bu xəstəliklərdən həyatını itirir.

İnsanın genini tam dəyişmək mümkün olmasa da, elm bu gün genlərlə mübarizə üçün həyat tərzimizin dəyişməsi ilə silahlanıb.

Xəstəliyə səbəb olan ürək - damar genlərinin fəsadını aradan götürmək üçün həm tibbi müalicə, həm də alternativ metodlar var.

Medicina.az Amerika "MİR" Humanitar Tibbi Cəmiyyətinin direktoru, Almaniya “Beynəlxalq Humanitar Tibbi Yardım” Təşkilatının Azərbaycan üzrə rəhbəri, hazırda Almaniyada çalışan azərbaycanlı professor Ağabəy Azərbaycaninin ürək-damar xəstəlikləri ilə mübarizədə şəxsi təcrübədindən qaynaqlanan metod və alternativ təkliflərini təqdim edir. Bu elmi yazı bütün sadə insanlar üçün həyat devizi olmalıdır.






DAMARLARIN TIXANMASI NƏDİR, NECƏ Q ARŞISINI ALMALI?

Ateroskleroz- damar tıxanması olub, infarkt, insultun birinci səbəbidir, özbaşına aradan qalxmaz və dərmanla tam müalicə olunmur.

Amma bəzi metodlarla gənclik dövründə başlayaraq qarşısını almaq olar.

“Aterosklerozu, qanın laxtalanmasını, damarların vəziyyətini hər kəs sadə analiz və müayinələrlə öncədən bilib, təhlükələri öyrənə bilər.

Ateroskleroz necə qidalanmağımız, bədənimizdə nə qədər piy olması, əzələlərimizi nə qədər çox işlətməyimiz, qanımız hansı tezlikdə laxtalanır, hüceyrələrimiz nə qədər şəkər alıb məsrəf edir – bunlardan asılıdır.
Ateroskleroz bir qocalıq xəstəliyi deyil, 20 yaşından sonra təkamül edir.





Ürək damarlarımızın tutulma ehtimalını bilmək üçün bunları bilməlisiz:

- Ateroskleroz damarların divarında özbaşına yaranmır. Sağlam damarda ola bilməz. Onlar damarların içində şəkərin çoxluğu səbəbindən yaranır.

- Diabet xəstələrində ürək damarlarının divarını şəkər bir növ qaşıyır, aşılayır və orda ateroskleroz plakları yerləşir.
- Ateroslerozun bir səbəbi də xolesterol miqdadır. Bu maddənin 75% i orqanizmin özündən əmələ gəlir, 25% kənardan, qidalardan daxil olur.

- Xolesterol analizlərdə LDL kimi qeyd olunan pis xolesterola və HDL – yaxşı xolesterola ayrılır.
Damarların tutulmasına səbəb LDL xolesteroldur. Böyüklüyü 222 mikrondan az olarsa, HDL yaxşı xolesterol onu damarların içindən çıxarıb, qan dövranına geri qaytarır və orqanizmdən təcrid edə bilir.

Elmdə və tibdə 7 dəyişik növ LDL xolesterol tapılıb, amma ən mühümləri A və B növləridir.

A-növün diametri, özü daha böyük olduğu üçün ürək və damarlarda yapışıb onu tıxamaq riski azdır. Ona görə B növü daha daha təhlükəlidir.

Ürək və damarları yoxlamaq üçün qan analizində HDL və LDL xolesteroldan başqa, triqliseridlərin miqdarı, xolesterin, LP(a) verilir. Bunlara lipid paneli deyilir. Bu panel mütləq yoxlanmalıdır.
Eləcə də fibrinogen miqdarı, asetilsistetinin, D 25 vitamin də çox önəmlidir.

Analizdə LDL göstəricisi çox yüksək olarsa, damarlarda ateroskleroz pırtaqları, tıxac yaranıb deməkdir.

Əgər damar xəstəliklərinə tutulmaq istəmiriksə, gərək uşaqlıq və gənclikdən 7 şeyə diqqət edək.
Valideynlər bunu mütləq oxusun.

1. Yediyimiz yemək, qidalara diqqət
2. Siqaret və alkoqoldan imtina

3. Artıq çəki, piylənmə ilə mübarizə
4. İdman və aktiv həkəkət. Bir insan gündə 4 saatdan artıq oturmamalıdır.

5. Stressdən uzaq, maksimum sakit həyat
6. Təmiz havada yaşamaq

7. Yeməklərdə heyvani yağlardan və nəbati yağlardan (qarğıdalı, günəbaxan) uzaq durmaq lazımdır.
Yalnız orta zəncirli yağlardan istifadə edilməlidir. Məsələn, kokos yağı. Bu yağlar vucudu yağlandırmır, hüceyrələr üçün enerji rolunu oynayır.
Daha az zərərli soyuq sıxılma zeytun yağıdır. Yeməkləri heç vaxt yağda qızartmayın.

Əgər yağ 150 dərəcəyə yaxın qızarsa, bu artıq ürək-damar xəstəliklərinə qısa yoldur.

Rasionda bitki, səbzə, tərəvəz, qırmızı rəngli meyvələr, tutlar, nar, qırmızı üzüm, az miqdarda qırmızı şərab xeyirlidir.
Vücudumuza çox kalori alıb, az sərf etməklə, kalorilər bədəndə yağa və triqliseridə çevrilir.
Nişasta tərkibli qidalar, maddələr, qırmızı ətdən qəti imtina etmək lazımdır.
Proteini bitkilərdən alın: lobyakimilər, soya, çərəzlər, paxlalar.
Yeməkləri suda, buxarda, sobada bişirin.
Ətdən yağsız toyuq, hind quşuq, balıq lazımdır. Lakin dərisiz.

Ateroskleroza, qan laxtalanmasına qarşı nələr lazımdır?

1. Qanın durulmasına natokinaz 50 mg -gündə iki dəfə
2. Zəncəfil - Yeməklərdə və ya cayından istifadə etməklə
3. Vitamin “E” ilə bol olan qanı duruldan bütün qidalar: bibər, paprika , nanə, darçın, sarıkök, qırmızı bibər , kəklikotu, ada çayı (şalfey), rozmarin, süyüd, tmin. Meyvələrdən qırmızı üzüm, qara kişmiş, gavalı, gilanar və gilas, cıyələk, qarağat, portağal, mandarın (narıngı) və qreyfrut.

Ən çox Antioksidant və qan duruldanlar soyuq çəkilmiş zeytun yağı, sarımsaq və kinoa. Tam kəpəkli qara çörək, kakos , günəbaxan tumu.

“Omega 3” balıq yağları bədənə xeyirli yağlardır və əsasən bu balıqlarda olur: Siyənək, okean Qızil balığı,Tuna , Skumbriya.

Unutmayaq ki , yalnız yeməklə aterosklerozu tam aradan aparmaq olmaz. Eyni zamanda idman və aktiv hərəkət də etməlisiz.




Xolesterolu azaldan alternativ qida və maddələr:

- Nikotin turşusu – B 3 vitamini – 500 mq
- Sutkada 25 qr çovdar çörəyi

- Qırmızı düyü mayası 1200 mq + 50 mq Q10
- Beta Sitesterol - 1000 mq gündə 2 dəfə
- Balıq yağı 1000 mq

- Gündə 2 dəfə sarımsaq = 300 mq
- Ənginar ekstraktı – 1000 mq
- Xrom 200 mq

- Yaşıl çay
- Maqnezium 200 mq
- Vitaminlər – C, E, A, D, B5, B3


Yuxarıda qeyd olunan bəzi dərman və alternativ maddələr bir çox xəstələrdə neqativ hallar yarada bilər.
Ona görə mənim e-mail ünvanıma müraciət etməklə, məsləhətləşmək və ya alternativ tibbi gözəl bilən mütəxəssislə bunları danışmaq, sonra qəbul etmək lazımdır.


Sizin Prof. Agbeyk Azerbaycani. MD-PhD.

Tel: +994-50-312 19 98
+994-12-5106242






X