Ürək üçün 3 vacib vitamin açıqlandı

  • 2023.11.22 15:21
  • 1569 Baxış
Ürək  üçün 3 vacib vitamin  açıqlandı
Bu vaxta kimi balıq yağı – Omeqa 3-ün ürək üçün faydalı olduğu deyilirdi. Amma alimlər əsas vitaminlərin siyahısına onu daxil etməyib.


“Medicina” xəbər verir ki, alimlər aptekdəki vitamin və qida əlavələrinin yox, təbii qidaların faydalı olduğunu bildirib.


Bəzi vitamin və mikroelementlər həqiqətən ürək-damar üçün faydalıdır. Bunların arasında B qrup vitamin, E vitamini, D, maqniy və s.

Kardioloq Anna Koreneviç qida ilə vitaminlərin sovrulmasını daha effektiv hesab edir. Ona görə aptekə qaçıb bahalı BAD-ları almaqdansa, rasionunuza meyvə, tərəvəz, qoz, balıq, zeytun yağı əlavə edin.

Sağlam qidalanan insana heç bir əlavə vitamin lazım deyil.

Eləcə də ürək üçün fiziki aktivlik və gəzinti dərmandan daha vacibdir.

Amma ürək üçün ən vacib “vitamin” bu üçlükdür: həzz, sevibnc və razılıq hissi.

Pozitiv emosiyalar stress və təşvişi azaldır, qan dövranını yaxşılaşdırır, enerjini artırır, ürəyin ömrünü uzadır.

Aygün Musayeva