Ürəyi duzlu, şoraba istəyənlərdə nə çatışmır?

  • 2024.01.23 17:33
  • 828 Baxış
Ürəyi duzlu, şoraba istəyənlərdə nə çatışmır?

Daim ürəyi turşu istəyən, şoraba çox yeyən insanlarda bu istəyin arxasında əslində nə dayanır? Orqanizm niyə duzlu qida tələb edir?

“Medicina” xəbər verir ki, professor Stanislav İonov bu tələbatın səbəblərini açıqlayıb.

“Bu ilk növbədə, orqanizmdə su-elektrolit balansının pozulması və qanda natrium çatışmazlığından xəbər verir. Qanda duz az olduqda, mərkəzi sinir sisteminin zədələnməsi baş verə bilər.

Duz olmadan sinir sisteminin normal işləməsi mümkün deyil, bu zaman sinir siqnallarının ötürülməsi pozulur. Keyfiyyətli duz elektrolitləri təmin edir, əzələ spazmının qarşısını alır.

Elektroliti normada olmayan insanda aritmiya, ürəkbulanma, qıcolma, qusma ola bilər.

Eləcə də xlorid natrium əskikliyi apatiya, əzginlik, yuxululuq verə bilər.

Duzlu qidaya həvəsin digər səbəbi susuzlaşmadır.

Orqanizm uzun müddət susuz qalanda, nəm itirəndə diabet və tərləmə ilə gedən xəstəliklərdə susuzlaşır. Bu zaman qəfildən duzlu qidalara meyil yaranır. Eləcə də endokrin və böyrək patologiyalarında bu balans pozulur.

İnsanlar artıq gündəlik həyatda çox duz istifadə edir, bu zaman duz dadına alışırlar və az duza qane olmurlar. Çox duz özü də bir sıra pozulma və patologiyalar yaradır”.


Aygün Musayeva