Ürəyi sürətlə döyünənlər qaraciyərini yoxlatsın - Hepatoloq

  • 2023.01.27 18:23
  • 2475 Baxış
Ürəyi sürətlə döyünənlər qaraciyərini yoxlatsın   - Hepatoloq

Bir çox insanlar huşsuzluq, beynin dumanlanması, yuxululuq, eləcə də ürək ritminin pozulması əlamətləri hiss edir.

Bu o deməkdir ki,qaraciyər yüklənib, var gücü ilə işləməyə çalışır.

“Bakupost” xəbər verir ki, qaraciyərin alkoqolsuz piylənməsi zamanı ilkin mərhələdə o ciddi əlamət vermir.

Hepatoloq Alla Yujnova bildirib ki, qaraciyərin piyləndiyini, hətta artıq sirroza keçdiyini göstərən əlamətlərdən biri də
taxikardiya – ürəyin normadan yüksək döyünməsidir. Bu zaman nəbz 100-ü keçir.

İnsanlar bu əlamət olduqda ürəyini yoxladır, çox zaman orda ciddi problem görünmür.


Ümumiyyətlə, çox problemlərdə birinci qaraciyər yoxlanmalıdır.

Qaraciyər piylənməsinin digər əlamətləri:

- Dəridə qaşınma
- Göz bəbəyi saralması
- Ağarmış dırnaqlar
- Barmarların ucları enlənir
- Dabanlar şişir

- Sidik tündləşir
- Yaddaşda problem
- Yeriyəndə sanki yıxılırmış hissi
- Hörümçək toruna bənzər qırmızı kapilyar şəbəkəsi

Əgər bu simptomlardan bir neçəsi varsa, mütləq qaraciyəri dərindən yoxladın”.

Aygün Musayeva