Uşaqlarda vitamin çatışmazlığı çox vaxt gizli başlayır. Valideynlər bunu “uşaqdır, normaldır” deyə düşünə bilər, amma bəzi əlamətlər artıq bədənin siqnalıdır.
Medicina.az xəbər verir ki, əgər uşaqda aşağıdakı hallar varsa, diqqətli olmaq lazımdır:
Tez yorulma, halsızlıq
İştahsızlıq və ya seçici yemək
Tez-tez qriplə xəstələnmə (immun zəifliyi)
Solğun dəri, göz altı qaralma
Diqqət dağınıqlığı, əsəbilik
D vitamini çatışmazlığı
Ayaqlarda əyilmə (xüsusilə kiçik yaşlarda)
Gec diş çıxarma
Çox tərləmə (xüsusilə baş nahiyəsində)
Əzələ zəifliyi
Dəmir çatışmazlığı
Solğunluq
Tez yorulma
Başgicəllənmə
Dırnaqlarda qırılma
Torpaq, buz kimi qeyri-adi şeylərə meyl
B qrupu vitaminlər (xüsusilə B12)
Yaddaş və diqqət zəifliyi
Əsəbilik, ağlağanlıq
Dildə yanma və ya qızartı
Əllərdə-ayaqlarda keyimə (böyük uşaqlarda)
C vitamini çatışmazlığı
Diş ətlərində qanama
Yaraların gec sağalması
Tez göyərmə (hematom)
Ümumi zəiflik
A vitamini çatışmazlığı
Gecə görmənin zəifləməsi
Dərinin quruluğu
Göz quruluğu
Aşağıdakı hallarda mütləq müayinə lazımdır:
Uşaq çox halsızdırsa
Yeməkdən tam imtina edirsə
Çəki artımı dayanıbsa
Tez-tez xəstələnirsə
Davranışında ciddi dəyişiklik varsa
Valideynlər üçün əsas yoxlamalar:
Qan analizi (ümumi)
Dəmir və ferritin
D vitamini
B12 vitamini
Aygün Musayeva