Uşaqlar arasında mədə-bağırsaq xəstəlikləri artıb - Nazirlik

  • 2021.10.27 15:28
  • 901 Baxış
Uşaqlar arasında mədə-bağırsaq xəstəlikləri artıb -  Nazirlik
“Son illər uşaqlar arasında mədə-bağırsaq sistemi xəstəliklərinin yayılması halları artıb”.

Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.

Onun sözlərinə görə, 0-13 yaşda olan uşaqlar arasında mədə-bağırsaq sistemi xəstəliyi 2010-cu ildə 35 954 hal təşkil edirdisə, ötən il bu rəqəm 42 490 olub: “Rəqəmlərdən görünür ki, bu xəstəlikdə artım olunub. 18 yaşadək uşaqlarda isə 2010-cu ildə həmin xəstəlik üzrə göstərici 45 000 təşkil edirdisə, keçən il bu rəqəm 57 592-i olub. Mədə-bağırsaq sistemi xəstəliklərinin artmasına səbəb düzgün həyat tərzinin təbliğ edilməməsi və düzgün qidalanmanın olmamasıdıdır. Uşağa yeyə biləcəyi qədər qida vermək, onun üçün düzgün və planlaşdırılmış qida rasionu tətdbiq etmək lazımdır”.