Uşaqlar niyə COVID-19-a qarşı peyvənd olunmur? - Nazirlik açıqladı

  • 2021.02.11 16:06
  • 1799 Baxış
Uşaqlar niyə COVID-19-a qarşı peyvənd olunmur? -  Nazirlik açıqladı

“Koronavirusun yeni ştammının yayılması hələ davam edəcək. Hələ ki, mutasiyalarda virusun yayılma sürətinin artması müşahidə olunub. Onların uşaqlar arasında daha təhlükəli olması məsələsi müəyyən olunmayıb”.

“medicina” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O qeyd edib ki, uşaqlar arasında vaksinasiya aparılmır, çünki onlar risk qrupuna aid deyil: “Bundan sonra da gigiyenik qaydalara ciddi əməl olunmalıdır. Uşaqların spirtdən çox istifadəsinə gəlincə, onların dərisi daha incədir. Spirtdən lazımi qədər istifadə olunmalıdır”.