Uşaqlarda qaraciyər piylənməsi artır - Washington Post

  • 2024.04.23 19:50
  • 452 Baxış
 Uşaqlarda  qaraciyər piylənməsi artır  - Washington Post

Bu gün müasir tibbin ciddi problemi qaraciyərin yağlanmasıdır. Artıq yağlanma uşaqlarda da artıb.


“Medicina” xəbər verir ki, dünyada, eləcə də Azərbaycanda qeyri-alkoqol mənşəli qaraciyər yağlanması geniş yayılır.


Belə artım həyat tərzi və ümumi bədən piylənməsi ilə əlaqələndirilir. Çünki artıq çəkisi və piylənməsi olan insanın sağlam qaraciyəri ola bilməz.


Qaraciyər yağlanması digər orqanlarda xəstəliklərə səbəb olur, məsələn, diabet.


Hazırda müxtəlif statistikaya görə, 25-30% insan yağlı qaraciyərlə yaşayır.
Qaraciyər piylənməsi illərlə sakit qalıb, sonra sirroza səbəb ola bilər.
Əgər buna qədər çatmasa belə, hipertoniya, diabetə gətirib çıxarır.


ABŞ-dan dietoloq Kristin Kirkpatrik uzun illərdir qaraciyər problemlərini izləyir, o bildirib ki, qeyri-alkoqol mənşəli piylənmənin yuxusuzluq və stress səbəbindən daha çox qaynaqlandığını bildirib.

Çoxsaylı elmi tədqiqatlar var ki, qısa, keyfiyyətsiz və az yuxunun maddələr mübadiləsi pozulması, aclıq hissini artırmasına, qanda şəkəri artırmasına səbəb olduğunu sübut edib.


İnsulin dirənci olan hər kəsin qaraciyəri təhlükədədir.

Kütləvi halda yeniyetmələrdə və gənclərdə qaraciyər piylənməsi və insulin dirənci artır.

Təkcə ABŞ-da son 5 ildə qaraciyər piylənməsi olan uşaqların sayı 2 dəfə artıb.


Bu xəstəlik hətta ana bətnində döldə belə başlaya bilər, əgər qadın hamiləlik zamanı çoxlu yağlı və şirin qidalar, şəkər yeyirsə və öz qaraciyəri piylidirsə”.

Aygün Musayeva