“Uzun Covid” testi bu tarixdə istifadəyə veriləcək

  • 2022.09.05 19:56
  • 1174 Baxış
“Uzun Covid” testi bu tarixdə istifadəyə veriləcək
“Covid-19”dan sağalan bəzi şəxslərdə müşahidə edilən və "uzun Covid" də adlandırılan simptomları müəyyən etmək üçün hazırlanan test satışa çıxarılacaq.


Medicina.az xarici mediaya istinadən bildirir ki, test sentyabr ayında ilk olaraq Avropada istifadəyə veriləcək.


Beləliklə, sadə bir qadn testi ilə insanda “uzun Covid” simptomlarının olub-olmadığı anlaşılacaq.


Testi hazırlayan ABŞ mərkəzli şirkətin açıqlamasına görə, hər 8 koronavirus xəstəsindən birində “uzun Covid” simptomları üzə çıxır.


Xəstəlikdən 15 ay sonra belə müşahidə edilən simptomlar arsında yorğunluq, yaddaş bulanıqlığı, nəfəs darlığı və s. var.


Dünyada 200 milyon insanın “uzun Covid” simptomlarından əziyyət çəkdiyi ehtimal edilir.