Valideynlərimizin səhvini təkrarlamamaq üçün nə etməli?

  • -0001.11.30 00:00
  • 986 Baxış
Valideynlərimizin səhvini təkrarlamamaq üçün    nə etməli?
Genetik və ailəiçi təsirdə\n xaraktercə valideynlərinizlə oxşar ola bilərsiniz, lakin bu, heç də o demək deyil ki, siz mütləq onlar kimi eyni həyatı yaşamalısınız.


Valideynlər çox vaxt övladlarının onların səhvlərini təkrarlamaması üçün əllərindən gələni edirlər. Təbii ki, bu tamamilə mümkün deyil. Hamımız həyatımızda zərbələr alır, pis təcrübələr yaşayırıq.

“Medicina” xəbər verir ki, psixoloq Elena Mitroxinanın sözlərinə görə, hər bir uşaq valideynlərini təqlid edir, ana-atasının hisslərini və emosiyalarını kopyalamağa çalışır.


“Əgər siz nəslinizi psixoloji cəhətdən yetkin və sağlam yetişdirmək istəyirsinizsə, ona müstəqil olmağı öyrətməyə mümkün qədər erkən başlamaq lazımdır. Uşağınızı 25 ildən sonra da tam dəstəkləməyə başladığınız zaman o, böyüyə bilməyəcək. Belə bir insanın qərar verməkdə böyük problemləri olacaq.

Biz öz həyat yolumuzu və davranışlarımızı seçməkdə azadıq. İrsiyyət və tərbiyə olunduğunuz şərait, şübhəsiz ki, rol oynayır, lakin bu, heç də o demək deyil ki, bizim taleyimiz və xarakterimiz əvvəlcədən müəyyən edilib.

Valideynlərinizin kədərli səhvlərini təkrarlamamaq üçün təkbaşına yaşamağa başladıqdan dərhal sonra münasibətlər qurmağa tələsməyin. Özünüzü tanımalısınız: istəkləriniz, dəyərləriniz, zövqləriniz və üstünlükləriniz. Fərqli vəziyyətlərdə necə davrandığınıza və reaksiya verdiyinizə diqqət yetirin.

Özünüzü təhlil edin, həqiqətən də ananız və atanız kimi nə etdiyinizi, nəyi təkrarladığınızı anlamağa kömək edəcək. Problemi tanıdıqdan sonra özünüz üzərində işləməyə başlaya bilərsiniz”.

Aynurə Məmmədova