Validol, valokordin və korvalol - ürəyə zərərlidir

  • 2023.07.24 16:03
  • 2308 Baxış
Validol, valokordin və korvalol    -  ürəyə zərərlidir

Rusiyada məşhur olan valokordin, korvalol, validol ürək ağrısına kömək etmir, çünki onlara heç bir təsiri yoxdur.


“Medicina” xəbər verir ki, kardioloq Yuriy Konayevin sözlərinə görə, retrosternal ağrılar zamanı səhvə yol verməmək və validol, valokordin və korvalol kimi dərmanlar qəbul etməmək.

“Bu dərmanlar ürək problemlərindən yaranan ağrılara müalicəvi təsir göstərmir.

Onlardan istifadə edərkən yaranan rahatlıq hissi onların orqanizmə sedativ, sakitləşdirici, hipnotik təsiri ilə əlaqədar yaranır.

Validol, valokordin və korvalol əksinə, ürək problemlərinə səbəb ola bilər. Bu dərmanların hipnotik təsiri bir insanın yuxuya getməsinə səbəb olur, nəticədə infarkt inkişaf edəcək.

Korvalol, valokordin və digər oxşar dərmanların tərkibində fenobarbital adlı maddə olduğuna görə bir çox ölkədə qadağan edilib. Bu yuxululuq, asılılıq və digər yan təsirlərə səbəb olur.

Korvalol, valokordin demək olar ki, eynidirlər. Tərkibindəki fenobarbitalın bir çox yan təsirləri olan bir yuxu həbidir. Asılılıq yaradır, insanlar bu dərmanlar olmadan yaşaya bilməzlər.

Fenobarbital sakitləşdirici olduğu üçün kömək edir, lakin heç bir problemi həll etmir. Uzun müddətdir ki, xaricdə qadağan edilib”.

Günay Quluzadə