Vəziyyəti pisləşən Xalq artistindən xəbər var

  • 2022.09.15 10:51
  • 1540 Baxış
Vəziyyəti pisləşən Xalq artistindən  xəbər var

Azərbaycan Xalq artisti, görkəmli kino aktyoru Ənvər Həsənovun vəziyyəti normaldır.


Medicina.az bildirir ki, bu barədə APA-ya aktyorun qızı məlumat verib.


Onun sözlərinə görə, aktyorun MRT müayinəsinin nəticələri qənaətbəxşdir: “Allaha şükür ki, hematoma çıxmadı. Biz bundan qorxurduq. Sabah həkim müayinəsinə gedəcəyik. Yəqin ki, lazımi müalicəni yazar”, – deyə qızı bildirib.