Vitaminlər hansı saatda qəbul edilməlidir? - Həkim açıqladı

  • 2026.01.08 20:28
  • 369 Baxış
Vitaminlər hansı saatda qəbul edilməlidir? -  Həkim açıqladı

Daxili xəstəliklər üzrə mütəxəssis uzman dr. Nərmin Beydulova qida əlavələrinin nə zaman qəbul edilməli olduğunu açıqlayıb.



Medicina.az xəbər verir ki, həkim vitaminləri belə sadalayıb:

D vitamini səhər yeməyindən sonra;

Maqnezium yatmazdan əvvəl (həm həzmi rahatlaşdırır, həm də rahat yatmağa kömək edir);

C vitamini günün ilk yarısında acqarına tövsiyə olunur;

Dəmir yeməkdən 1 saat əvvəl (2 saat əvvəl və sonra çay, kofe, süd və süd məhsulları olmaz);

Vitamin B12 günün ilk yarısı yeməkdən sonra;

Omeqa-3 axşam və günorta yeməklərindən sonra (əsasən də yağlı yeməklərdən sonra);

Fol turşusu günorta yeməyindən sonra;



Aygün