Britaniyalı professor xərçəngin müalicəsində “qızıl dövr”ün başladığını elan edib.
O, xəstəliyin artıq ölüm hökmü olmayacağını bildirib.
“Medicina”xəbər verir ki, Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin baş həkimi, professor Stiven Pauis çıxışında çıxışında tibbin “qızıl dövr” astanasında olduğunu və müalicə üsullarının sürətli inkişafı sayəsində xərçəngin artıq ölüm hökmü kimi qəbul edilmədiyini bildirib.
50 ildən sonra xərçəng müalicəsindən sonra sağ qalma nisbətləri dörd dəfə artacaq.
"Mən gənc bir həkim olaraq HİV və QİÇS-in xəstələrə verdiyi dəhşətli ağrıları gördüm. Sonra zaman keçdikcə uğurlu müalicələr ortaya çıxdı. İndi biz elə bir mərhələdəyik ki, bu xəstəliyin idarə oluna biləcəyi və insanların normal həyat sürə biləcəyi bir mərhələdəyik”.
Həkimin sözlərinə görə, əsas irəliləyişlərdən biri immunitet sisteminə xərçəng hüceyrələrini tanımaq və məhv etməyi öyrədən dərmanlar olacaq. Başqa bir irəliləyiş vasitəsi fərdi terapiya üçün genetik testdir.
O, genetik tədqiqatlar sayəsində xərçəng müalicəsinin tezliklə xəstələrə uyğun fərdiləşəcəyini deyib.
Professor ağciyər xərçəngi ilə mübarizəni ayrıca qeyd edib. O bildirib ki, yeni peyvəndlər və genetik testlər ümidverici nəticələr verir.
Pauis həmçinin bildirib ki, gənc nəsillər üçün siqaret qadağası bir sıra onkoloji xəstəliklərin qarşısını almağa kömək edəcək. O, ümid etdiyini bildirib ki, 40 ildən sonra ağciyər və digər xərçəng növləri həkimlər üçün nadir hallara çevriləcək. Eyni zamanda professor vurğulayıb ki, onkologiyadan tamamilə qaçmaq mümkün deyil, lakin onun bir çox növlərini müalicə etmək olar.
Aygün Musayeva