Boşanma qadınlar özünü necə hiss edir? - Alimlərdən ŞOK

  • 2025.11.22 12:51
  • 89 Baxış
Boşanma qadınlar özünü necə hiss edir?  - Alimlərdən ŞOK

Boşanmanın qadınlara gözlənilməz təsiri müəyyən edilib.


“Medicina” xəbər verir ki, Britaniyalı sosioloqlar boşanmanın 40-65 yaş arası qadınlara gözlənilməz təsirini müəyyən ediblər.


Sorğuda iştirak edən boşanmış qadınların təxminən üçdə biri (31 faizi) ailə həyatına nisbətən daha xoşbəxt olduqlarını bildirib. Sorğunun nəticələrində deyilir: Çoxları nəhayət ki, həmişə olmaq istədikləri şəxs olmaq şansına sahib olduqlarını bildirib.


Məsələn, 55 yaşlı Pat qeyd edib: "İstəyirəm ki, digər qadınlar da bilsinlər ki, boşanmadan sonra yenidən doğulmağım, əsl mənliyimə qayıtmağım inanılmaz bir təcrübə idi. İndi daha xoşbəxtəm."

The Guardian qəzeti həmçinin kişilər arasında aparılan başqa bir sorğudan da məlumatlara istinad edir. Məlum olub ki, boşanmadan sonra qadınlar ümumiyyətlə özlərini rahat, azad və xoşbəxt hiss edirlər, kişilər isə məyus, çaşqın olub, həyatdan küsürlər.


Aygün Musayeva