Uzun müddət papaq taxmaq saç tökür? - Həkimdən cavab

  • 2025.11.28 23:53
  • 108 Baxış
Uzun müddət papaq taxmaq saç tökür? -  Həkimdən cavab

Uzun müddət papaq taxmaq saç tökülməsinə səbəb olmaz.

Medicina.az xəbər verir ki, bu dermatoloq Şövqü Salahov bildirib.

"Papaq taxıldı deyə, saç tökülməz. Saç genetik, hormonal dəyişikliklərdən, hansısa ağır xəstəlikdən, mədə-bağırsaq problemlərindən, stressdən tökülə bilər. Dar papaqlar, örtüklər baş dərisini yığaraq qan dövranını pozar. Bu da genetik saç tökülməsini aktivləşdirə, daha çox spazm yarada bilər. Həmçinin, havasızlıqdan mikrob çoxala, tərləmə arta bilər. Əgər gün ərzində saçınız tərləyibsə, həmin gün mütləq saçınızı yuyun. Həkim olaraq hər gün saç yumağın tərəfdarı deyilik, amma tər varsa, həmin gün yuyulmalıdır. Çünki tərdən çıxan müəyyən proseslər saç kökünü zəiflədə bilər. Bəzən papağı uzun müddət yumurlar. Orada olan mikroblar baş dərisində müəyyən irinli iltihab yaradar, saç kökünü zəiflədər. Papağı həftədə 1 dəfə yumaq lazımdır", - deyə o, qeyd edib.

Aygün
Medicina.az