Mədəaltı vəzin çürüyüb nekrozlaşması – Necə bilinir?

  • 2025.11.28 18:48
  • 68 Baxış
Mədəaltı vəzin çürüyüb nekrozlaşması  – Necə bilinir?

Həkimlər yeməkdən sonra təhlükəli siqnalın mədəaltı vəzidən qaynaqlandığını bildirib.


“Medicina” xəbər verir ki, qastroenteroloq və endokrinoloq Dilyara Lebedeva bu orqanın özü-özünü “yediyini” bildirib.


Məlum olduğu kimi, mədəaltı vəzi zülalları, yağları və karbohidratları həzm etmək üçün fermentlər istehsal edir.

O, həmçinin insulin sintez edir. Funksiyası pozulduqda, "özünü həzm etməyə" başlaya bilər.

Bəzən fermentlər (məsələn, pəhrizdə çoxlu yağlı qidalar, öd axınının tıxanması və s. səbəbindən) bağırsaqlarda aktivləşmir.

"Mədəaltı vəzi fermentləri çox aqressivdir. Əgər vaxtında dayandırılmasa, nekroz, mədəaltı vəzi toxumasının ölümü başlayır”.

Ciddi iltihabi proses zamanı insan qabırğaların altında, beldə, qarının yuxarı hissəsində ağrı hiss edir.

Xəstələr bildirirlər ki, bu ağrı yeməkdən təxminən bir saat sonra başlayır.
Digər həyəcanverici simptomlara şiddətli ürəkbulanma, qidadan ikrah, köp, ağırlıq, zəiflik, üşütmə, qızdırma və qan təzyiqinin düşməsi daxildir.


Aygün Musayeva