Qışda cinsi istək niyə azalır?

  • 2025.11.25 22:57
  • 241 Baxış
Qışda cinsi istək niyə azalır?

Qışda libidonun azalmasının əsas səbəbləri müəyyən edilib.


Gün işığının azalması, isti geyim və fiziki aktivliyin azalması soyuq mövsümdə cinsi istəyi əhəmiyyətli dərəcədə azalda bilər.


“Medicina” xəbər verir ki, seksoloq Mindy DeSeta digər səbəbləri açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, günəş işığının azalması hormonal səviyyələrə birbaşa təsir göstərir: testosteron, serotonin və melatonin səviyyələri düşür.

Kişi hormonu testosteron libidonu və erektil funksiyanı, sperma istehsalını və keyfiyyətini tənzimləyir. Melatonin sirkad ritmləri tənzimləyir və gün işığının qısalması səbəbindən artması təbii olaraq cinsi fəaliyyəti boğur. Serotonin səviyyəsinin azalması əhval-ruhiyyəni pisləşdirir və narahatlığı artırır ki, bu da libidoya təsir göstərir.

Mütəxəssis qeyd edib ki, D vitamini çatışmazlığı cinsi istəyi azalda bilər. Əvvəlki tədqiqatlar göstərib ki, ereksiyadan məsul olan penisin kavernoz toxumasının vəziyyətinə mənfi təsir göstərir.

Başqa bir amil qış geyimləri ilə bağlıdır. Həcmli sviterlər, qat-qat paltarlar, boş paltolar və corablar daimi sıxılma hissi yaradır ki, bu da fiziki və həssaslığın itirilməsinə səbəb olur".

Həkim üçüncü səbəb kimi fiziki aktivliyin azalmasını göstərib.

"Yayda insanlar daha çox hərəkət edir, gəzir və üzürlər və genital nahiyə də daxil olmaqla qan dövranının yaxşılaşması oyanmanı təşviq edir". Qışda insanların əksəriyyəti evdə çox vaxt keçirir, maddələr mübadiləsi yavaşlayır və cinsi istəkləri azalır”.


Aygün Musayeva