İnsult zamanı insanın həyatını xilas etmək onun aşkarlanma sürətindən və yardımın vaxtında göstərilməsindən asılıdır.
Medicina.az xəbər verir ki, beynəlxalq dərginin məlumatına görə, işemik insult keçirən (qan laxtalanması səbəbindən) xəstələrin 23%-i insultdan bir həftə əvvəl keçici işemik tutma (TIA) və ya "mini-insult" simptomları yaşayır.
Mütəxəssislər qeyd edirlər ki, TIA-nın inkişafı daha ciddi insultun saatlar və ya günlər ərzində baş verə biləcəyini göstərir.
"Böyük insultdan əvvəl fərq edilə bilən TIA-nın xarakterik təzahürlərindən biri başgicəllənmədir”.
Onların fikrincə, TIA kimi bir vəziyyətin yaratdığı başgicəllənmə bir neçə saniyə və ya saat, bəzi hallarda isə bir neçə gün davam edə bilər.
Bundan əlavə, təsirlənmiş şəxs aşağıdakı simptomları hiss edə bilər:
Bədənin bir tərəfində keyimə
Qəfil görmə itkisi, bulanıq görmə və ya ikiqat görmə
Çaşqınlıq, dezorientasiya
Tarazlıq və koordinasiya problemləri
Nitq problemləri
Udmaqda çətinlik
Başgicəllənmə tutmaları dəfələrlə təkrarlanırsa, uzun müddət davam edirsə və ya yuxarıda qeyd olunan simptomlarla müşayiət olunursa, dərhal həkimə müraciət etmək lazımdır. Bütün bunlar yaxınlaşan həyati təhlükə yaradan insultdan xəbər verə bilər - bu, bir neçə saat, bir gün və ya bir neçə gün ərzində baş verə bilər.
Aygün Musayeva