Mədə xərçənginin 12 ilkin əlaməti – Yaşama şansı nə qədərdir?

  • 19 İyun, 2019
  • 24119 Baxış
Mədə xərçənginin 12 ilkin əlaməti – Yaşama şansı nə qədərdir?
Hazırda Azərbaycanda da geniş yayılmış mədə xərçəngi daha çox 55-70 yaş arasında xəstələrdə aşkarlanır. Amma 55 yaşında bir insanda mədə xərçəngi varsa, deməli bu şişə qədər o azı 10 il əvvəldən yol alıb. İlkin əlamətlər isə özünü şiş hələ kiçik ikən az da olsa göstərir.

Medicina.az ağır xərçəng növlərindən olan mədə şişlərinin səbəb və ilkin əlamətlərini təqdim edir.

Səbəblər çoxdur.

Alimlər bildirir ki, hazırda mədədə şiş xəstəliklərinin yaranmasının birinci səbəbi qeyri-düzgün, zərərli qidalanmadır. 

-C vitamini az olan, antioksidant təsirli qidalar az yeyən insanlarda da bu ehtimal olur
-Eləcə də hisə verilmiş, qızardılmış, duzlu, istiotlu, zərərli ərzaqlar qəbul edənlərdə
-Mədəsində polip, xora, qastrit və aşağı turşuluq olanlarda da bu xoralar xərçəngə çevrilə bilir

İlkin əlamətlərə diqqət:

1. Əgər xəstədə gənc yaşlarından mədəsində yara, xora, qastrit, polip varsa, o xəstə düzgün müalicə almalı, 1 ildən bir yoxlanmalı, düzgün qidalanmalıdır
2.  1-2-3 sm-ə qədər şişlər heç bir kəskin əlamət vermir. Sadəcə həzm pozuntusu, mədədə ağırılıq, sanki nəsə qalmış hissi, iştahsızlıq ola bilər
3. Qan azlığı, anemiya

4.Çəkinin səbəbsiz itirilməsi
5.Əvvəllər sevdiyiniz, dadından doymadığınız yeməklərə ikrah hissi
6.Tez doymaq və mədənin dolması hissi

7. Şiş böyudükcə mədə divarı rigidləşir, yəni elastikliyini itirir, bərkiyir və qida qəbul edəndə dolanda dartılmır, uzanmır. Buna görə əgər yeməkdən əvvəl və sonra, axşam və səhər acqarına mədənizin yığılmadığını, sanki elə bərkimiş kimi qaldığını, əlinizin altında bərk, dolu hiss etməyiniz artıq şişin içəridən böyüdüyünü göstərir
8. Mədə yuxarısında şiş udmada, udqunmada çətinlik, sanki qida güclə keçir

9. Aşağı hissədə olan şiş yeməyin bağırsağa ötürülməsinin qarşısını aldıqda, xəstədə ürəkbulanma və yediyinin bir hissəsini qaytarma. Əgər bu proses sizdə ayda 4-5 dəfə olursa, təcili həkimə getməlisiz
10.Epiqastral nahiyədə ağrı, bəzən ağrı kürəyə vurur

11.Fontan qusma
12.Qanama, səhərlər qida borusundan qanlı axıntı, qanla qarşısıq mədə şirəsi gəlməsi və s.
 


Diaqnoz

Mədə xərçəngi 1-si mərhələdən 3-cü mərhələyə kimi 4-6 ilə çatır. Əgər şiş 1-2-3 sm olduqda aşkarlansa, xəstəliyə qalib gəlmə şansı, uğurlu əməliyyat mümkündür. 

Ən düzgün diaqnoz metodu qastroskopiya- zondla müayinədir. Daha sonra biopsiya olunur. Lazım gələrsə KT ilə yanaşı orqanlara baxılır. 
Ailəsində, nəslində, yaxın qan qohumlarında bu xəstəlik olan insanlar 40 yaşından sonra 2-3 ildən bir mədə-bağırsağı dəqiq müayinə etdirməlidir.

Yaşama şansı

Bu barədə həkimlər dəqiq bir şey demir. Amma rəsmi tibb 1-2ci mərhələdə aşkarlanıb müalicə olunarsa, orta olaraq 7-10 il, 3-4-cü mərhələdə 3-5 il yaşama şansı olduğunu bildirir.
 
Amma təbii ki, ömrü Allah verir. O da ən düzgününü bilir. Bəzi xəstələr var ki, ağır mərhələdə əməliyyatdan sonra 5 ildən də artıq yaşayıb. 1-ci mərhələdə bir əməliyyatla 12-15 il də yaşayanlar çox olub.