İstanbulun Zeytinburnu şəhərində toyuna hazırlaşan İdil Keten botoksun qurbanı olub.
Medicina.az xəbər verir ki, hadisə 13 may tarixində Zeytinburnunun Sümer məhəlləsindəki yaşayış kompleksində baş verib. Əvvəllər eyni şəxs tərəfindən dodaq doldurucusu etdirilmiş İdil Keten, ona etibar edərək botoks proseduru üçün Zeytinburnudakı evinə gedib. Özünü həkim kimi təqdim edən K.M.A.-dan niyə klinikada deyil, evdə işlədiyini soruşduqda, Keten onun "Mən Rusiyada ümumi praktikantam. Türkiyədə qanuni olaraq bu işlə məşğul olmaq üçün daha iki il oxumalı idim. Artıq işi bildiyim üçün oxumağa ehtiyac hiss etmədim" cavabını verdiyini bildirib.
Botoks prosedurundan doqquz gün sonra Keten sol göz qapağında ağırlıq hiss edib və gözünün tamamilə bağlandığını görüb. Xəstəxanaya gedib. Həkimlər botoksun səhv əzələyə vurulduğunu və sallanmış göz qapağının dərmanın təsiri keçənə qədər yaxşılaşmayacağını, yəni ən azı 6 ay çəkəcəyini müəyyən etdilər.
Bu çətinliyi yaşadıqdan sonra K.M.A. ilə əlaqə saxlamağa çalışan gənc qadın saxta həkimin müdafiəsindən şoka düşdü.
İdil Keten həkimin üzr istəmədiyini, özünü tamamilə müdafiə etdiyini deyib:
"Həkimlərlə məsləhətləşdikdən sonra bunun mütləq Botoksdan qaynaqlandığını öyrəndim. Polis bölməsinə gedib ona qarşı şikayət ərizəsi verdim. Ümid edirəm ki, cəzasını ən qısa zamanda alacaq."
Üzünün son görünüşünə görə ciddi psixoloji stress yaşayan və məhkəmə prosesi başlayan Keten, vətəndaşları lisenziyasız prosedurlara qarşı xəbərdar edib:
"Ən pisi odur ki, 3 aydan sonra toyum olacaq. Təəssüf ki, üzümün vəziyyəti üzündən toyumun ləğv olunma ehtimalı var. İştirak edə bilmərəm. Bu, bizə hər cəhətdən zərər vurub. Xahiş edirəm bu cür yerlərə və insanlara aldanmayın, orada prosedurlar etməyin. Bunun başqasının başına gəlməsini istəmirəm".
Aygün
Medicina.az