Xəstəlikləri göz yaşı ilə tapacaqlar

  • 2022.07.23 16:25
  • 2435 Baxış
Xəstəlikləri göz yaşı ilə tapacaqlar


Vençjou Tibb Universitetinin (Çin) və Harvard Tibb Məktəbinin (ABŞ) həkimləri bir neçə göz yaşı damlasından istifadə etməklə xəstəliklərin diaqnostikası üçün test sistemi hazırlayıblar.


Medicina.az xəbər verir ki, tədqiqatın nəticələri “ACS Nano” jurnalında dərc olunub.

Sistem artıq diabetik retinopatiya xəstəliyinin müəyyən edilməsində effektivliyini göstərib. iTEARS nanomembrana sistemi göz yaşlarından ekzosomları - tənzimləyici RNT və zülalları ehtiva edən hüceyrələr tərəfindən ifraz olunan vezikülləri təcrid etməyə qadirdir. Bu maddələr tez-tez quru göz sindromu və diabetik retinopatiya da daxil olmaqla bir çox xəstəlik üçün biomarkerlər olaraq istifadə olunur.



İTEARS-ın yaradıcıları əvvəlcə onu sidik və plazmadan ekzosomları təcrid etmək üçün inkişaf etdirdilər, lakin göz yaşlarından ekzosomlar əldə etmək üçün onu dəyişdiriblər. Sistem gözyaşardıcı məhlulları nanoməsaməli membranlardan süzərək cəmi 5 dəqiqə ərzində ekzosomları təcrid edir. Zülallar və ya nuklein turşuları kimi xəstəliyin biomarkerləri daha sonra nümunələrdə aşkar edilə bilər.



Sistemin köməkliyi ilə müəlliflər biomarkerlər kimi göz yaşlarında xüsusi zülallardan istifadə edərək sağlam insanlarla müxtəlif növ quru göz sindromu olan xəstələri uğurla fərqləndirə biliblər. Eynilə, iTEARS sistemi tədqiqatçılara diabetik retinopatiyalı xəstələrlə göz xəstəliyi olmayan xəstələr arasında mikroRNT fərqlərini müşahidə etməyə imkan verir. /publika.az/