Xəstəxanaya yerləşdirilən aparıcının vəziyyəti - Klinikadan açıqlama

  • 2023.07.06 15:23
  • 2295 Baxış
Xəstəxanaya yerləşdirilən aparıcının vəziyyəti  - Klinikadan açıqlama

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Natəvan Babayeva reanimasiyaya yerləşdirilib.

Bir neçə ildir ki, onkoloji xəstəlikdən müalicə alan tanınmış jurnalist müalicə üçün Türkiyəyə gedərkən Bakı Hava Limanında halı pisləşib.

Ailəsi onu paytaxtın Bonadea hospitalına yerləşdirib.

Aparıcının səhhəti ilə bağlı Bonadea hospitalı ilə əlaqə saxladıq.

Hospitalın mətbuat katibi Samir Oruc Bakupost.az -a bildirib ki, N.Babayeva Türkiyəyə göndərilməyəcək:

“Türkiyəyə göndərilməsi ilə bağlı plan yoxdur. Dünən hava limanında olarkən vəziyyəti ağırlaşıb. Günün ikinci yarısında hospitalımıza yerləşdirilib. Həkim müayinəsi və ilkin tibbi yardımdan göstərilib. MRT müayinəsi həyata keçirildikdən sonra reanimasiya bölməsinə yerləşdirilib. Xəstəxanaya gələndən indiyə qədər reanimasiyada saxlanılır. Vəziyyəti yaxşılaşdıqda palataya köçürüləcək. Hazırda bu barədə dəqiq informasiya verə bilmirəm”.


S.Oruc, aparıcının xəstəliyi ilə bağlı danışıb:

“Natəvan xanım təxmini 8 ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkir. Düzdür, bizim hospitalda müalicə almayıb. Lakin AzTv-də həmkar olmuşuq. Ona görə də, illərdir müalicə aldığını bilirəm. Hətta səhhətində irəliləyiş də var idi. Ola bilsin, yenidən narahatlıq yaranıb”.


Aynur İbrahim