Başı yuduqdan sonra soyuq havaya çıxmaq meningit yarada bilər.
Medicina.az xəbər verir ki, bunu nevroloq Lalə Ələkbərova bildirib.
Həkimin sözlərinə görə, meningit bir infeksiyadır:
"Bu, beyin qişalarının infeksiyaya yoluxduqdan sonrakı xəstəliyidir. Baş ağırısı, qızdırma, iflic, epilepsiya tutmaları kimi fəsadlara gətirib çıxara bilər. Bəzən isə ölümcül komalara da səbəb olur. İnsan başını yuyub soyuq havaya çıxdığı zaman qoruyucu bariyerləri burun və boğazda zəifləyir. Mikrobların daxil olmasına, çoxalmasına səbəb olur. Başı yuduqdan sonra soyuq havaya çıxmaq doğru deyil".
Aygün
Medicina.az