Yaşlı adamlar daha çox bu əti yeməlidir

  • 2023.11.17 18:58
  • 2151 Baxış
Yaşlı adamlar daha çox bu əti  yeməlidir


Yaşı 60-dan yuxarı insanların həzm sistemi əti çətin həzm edir. Ona görə onlar daha çox quş əti, balıq və dəniz məhsulları yeməlidir.


“Medicina” xəbər verir ki, endokrinoloq İrina Pisaryova ət məhsullarında olan zülal toxumaların yenilənməsi üçün lazımdır.

Yaşlı qadın sutkada 200 qram, kişi isə 300 qram zülal yeməlidir.

Əgər yaşlı insanlar fiziki aktivdirsə, çox iş görürsə, idmana gedirsə, bu norma daha artıq olmalıdır.
Məhz zülal hormonları sintez edir, əzələ və birləşdirici toxumanı bərpa edir.

Ən çox zülal ət və yumurtadadır. Amma qırmızı ətdə olan metionin xərçəng şişlərini aktivləşdirir, yaşlı insanlarda isə artıq bu proseslər risk altındadır.

50 yaşdan sonra qırmızı əti azaltmaq, daha yüngül ət – hind quşu, toyuq, balıq seçilməlidir.
Ət yeməyəndə dəri də tez qocalır, beyin zəifləyir.

Yaşlılar kalsium və zülalla zəngin qidalar yedikdə yıxılma və sümük sınma riskləri azalır”.

Aygün Musayeva