Yaşlı insanın saat zəngi səsinə oyanması təhlükəlidir – İnfarkt ola bilər

  • 2023.12.21 17:38
  • 1155 Baxış
Yaşlı insanın saat zəngi səsinə oyanması təhlükəlidir  – İnfarkt ola bilər


Zəngli saat səsinə qəfil oyanmaq arterial təzyiqi qəfil qaldıra bilər.

“Medicina” xəbər verir ki, Virciniya universitetinin alimləri bu risk barədə məlumat veriblər.

“Əgər yatan insan qəfildən yuxudan zəngli saat siqnalına səksənib oyanarsa, bu onun ürək-damar sisteminə neqativ təsir edir. Hətta bu insanı infarkt, insult həddinə gətirə bilər”.

Təcrübə göstərib ki, təbii yolla, zəngsiz oyanan insanların təzyiqi 74% daha stabil olub.

Belə ki, yüksək zəng səsinə oyandıqda təzyiqin qısa müddətli dalğavari sışrayışı olur. Bu zaman yaşlı, xəstə insanlar damar faciəsinə yaxınlaşır.

Zəng səsinə simpatik sinir sistemi oyanır, nəticədə qan dövranında dəyişiklik olur, ürəyin işi yüklənir. Damarlar sıxılmağa başlayır, beyin oksigensiz qala bilir.

Əgər insan gec yatıbsa, xroniki yuxusuzluq problemi varsa, ona zəng səsi olmaz.

Yaşlı insanın ümumiyyətlə, yataqdan qəfil qalxması, sıçraması da disbalans yaradır və beyində hipotoniyaya səbəb ola bilər.

Aygün Musayeva